Salyan və Bakı sakinlərindən narkotik vasitə götürülüb

Salyan və Bakı sakinlərindən narkotik vasitə götürülüb
# 10 sentyabr 2016 09:38 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Salyan və Bakı sakinlərindən narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Məmməd Bağırovdan 2 ədəd, Əhməd İsmayılovdan 4 ədəd götürülüb, habelə Lənkəran rayon sakini Vaqif Məmmədova məxsus “Hyundai” markalı avtomobilə baxış zamanı 34 ədəd psixotrop maddə aşkar edilib.

Bakının Xəzər rayon 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbə sakini Heydər Pirimova məxsus həyətyanı sahədən 1 kiloqram 393 qram çətənə toxumu və kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 13 kiloqram 720 qram olan çətənə kolu aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR