Hüseyn Bağırov Oğuzda vətəndaşları qəbul edəcək

Hüseyn Bağırov Oğuzda vətəndaşları qəbul edəcək
# 21 sentyabr 2015 09:03 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Oğuzda vətəndaşları qəbul edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 30-u saat 10-da Oğuz şəhərində yerləşən Oğuz Olimpiya və İdman Kompleksində keçiriləcək görüşdə Oğuz, İsmayıllı və Qəbələ rayonlarında yaşayan vətəndaşlar iştirak edə biləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin İsmayıllı şəhəri 11 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR