Türkiyənin Azərbaycandakı sabiq səfiri "Petkim Petrokimya Holding"in rəhbərliyindən kənarlaşdırılıb

Türkiyənin Azərbaycandakı sabiq səfiri "Petkim Petrokimya Holding"in rəhbərliyindən kənarlaşdırılıb
# 04 aprel 2016 08:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Petkim Petrokimya Holding"in İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyətinin müstəqil üzləri Hulusi Kılıç və İlhami Özşahin üzvlükdən çıxıb. Hal-hazırda İdarə Heyətində onları Tevkif Bilgin və Metin Kilci əvəz edir.

Qeyd edək ki, Hulusi Kılıç Türkiyənin Azərbaycandakı sabiq səfiridir.

Bundan başqa, İdarə Heyətinin tərkibinə daxil olan Özəlləşdirmə İdarəsi Rəhbərliyi ləğv olunub, onun təmsilçisi və İdarə Heyətinin üzvü Muammer Türkər də İdarə Heyətinin üzvlüyündən çıxıb.

Qeyd edək ki, şirkətin İdarə Heyətinin sədri Vaqif Əliyevdir. David Məmmədov, Mehmet Bostan, Fərrux Qasımov, Süleyman Qasımov, Kənan Yavuz, Mehmet Emin Birpınar da İdarə Heyətində təmsil olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR