Qardabaninin Qaracalar kəndində etiraz aksiyası keçirilib - FOTO

Qardabaninin Qaracalar kəndində etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTO
# 25 sentyabr 2015 21:17 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada kənd sakinləri iştirak edərək onlara büdcədən ayrılan vəsaitin ünvanına xərclənməməsindən narazılıqlarını bildiriblər. Aksiya iştirakçıları son bir neçə ildə kəndə çəkilən içməli suyun yarıtmaz olduğunu bildiriblər. Sakinlər həmçinin kəndin idman kompleksi üçün vəsait ayrıldığına baxmayaraq tikintiyə başladılmadığını qeyd ediblər.

Etiraz aksiyasına qatılan Qaracalar kənd icra nümayəndəsi Gümrah Əliyev kənddə su, qaz, yol, işıq olduğunu bildirib: "Əlbəttə, xırda problemlərimiz çoxdur. Kəndin daxili yollarına asfalt çəkilməyib, kəndimizdə uşaq bağçası yoxdur. Lakin biz keçən ildən başlayaraq köhnə Qaracalar kənd orta məktəbinin binasını üç növbəli uşaq bağçasına çevirmək istəyirik. Gələn il lazımi avadanlıq əldə etdikdən sonra kəndimizdə 140 yerlik uşaq bağçası fəaliyyətə başlayacaq", kənd icra nümayəndəsi qeyd edib.

İcra nümayəndəsi G. Əliyev kəndə çəkilən içməli suyun kanalizasiya borusundan istifadə edilib çəkildiyinə etiraz edib: "Ola bilər ki, bəzi yerlərdə su az təzyiqlə verilir, lakin əmin edirəm ki, kənddə içməli su gecə və gündüz gəlir. Biz iki həftədən sonra 400 metr borunu yenisi ilə əvəz edəcəyik. Hər bir tikintiyə nəzarət olduğu kimi içməli su çəkilişinə də nəzarət olub", G. Əliyev qeyd edib. O, kənddə mini stadionun tikiləcəyini də deyib: "Mən kənddə stadion tikintisi üçün ARDNŞ-in Gürcüstandakı nümayəndəsinə müraciət edəcəyəm. Biz Qardabani rayon rəhbərliyinə də müraciət edəcəyik. Hesab edirəm ki, gələn il stadion problemi də həll olunacaq".

Aksiya uşaq bağçası üçün tikilən köhnə məktəb binasının yanında davam etdirilib. Kənd sakinləri məktəbin yanında olan həftələr, aylarla qalan və xəstəlik törədən zibil qutularının sağlamlıq üçün zərərli olduğunu, uşaq bağçası olacaq bina ərazisində antisanitariya və natəmizlik hökm sürdüyünü bildiriblər. Aksiya iştirakçıları problemlərlə bağlı bölgə televiziyasına da açıqlama veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR