Giorgi Kvirikaşvili: “Biz Dağlıq Qarabağ münaqişəsinin qısa vaxt ərzində həll olunmasını istəyirik”

Giorgi Kvirikaşvili: “Biz Dağlıq Qarabağ münaqişəsinin qısa vaxt ərzində həll olunmasını istəyirik”
# 20 aprel 2016 19:13 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını dəstəklədiyimizi bildirir və qısa vaxt ərzində bu münaqişənin həll olunmasını istəyirik”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ölkədə səfərdə olan Avropa Şurasının baş katibi Turbyorn Yaqland ilə görüşdən sonra təşkil olunan mətbuat konfransında Dağlıq Qarabağda mövcud vəziyyətlə bağlı cavablandırarkən bildirib. Baş nazir qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh olmasının tərəfdarıdır və münaqişənin sülh danışıqları ilə həll olunması üçün ərazisini hər iki ölkəyə təklif etməyə hazırdır: "Biz gərginliyin başa çatmasına şadıq və münaqişənin sülh yolu ilə həllini gözləyirik".

Gürcüstanın baş nazirinin mətbuat xidmətindən məlumat verilib ki, Gürcüstana rəsmi səfərə gələn Avropa Şurasının baş katibi Turbyorn Yaqland bu gün ölkənin baş naziri Giorgi Kvirikaşvili ilə görüşdə Gürcüstanın münaqişə bölgələrində vəziyyəti, viza rejiminin asanlaşdırılması, əməkdaşlıq məsələləri, seçkiqabağı mühit və digər məsələlər müzakirə olunub.

Kvirikaşvili səmərəli əməkdaşlığa görə Avropa Şurasının Baş Katibinə təşəkkür edib və hökumətin islahatlar, insan hüquqları, məhkəmə sistemi və demokratik təsisatların davam etdirməyə hazır olduğunu qeyd edib. O, jurnalistlərə açıqlamasında Gürcüstanın Avropa ölkəsi olduğunu və ölkədə həyata keçirilən islahatların prioritet olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR