Bakı – APA. 17 yaşadək futbolçular arasında Avropa çempionatının gələn ay Azərbaycanda keçiriləcək final mərhələsinin təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən püşkatmadan sonra komandaların hansı turlarda üz-üzə gələcəyi müəyyənləşib.
Azərbaycan millisi mayın 5-də Portuqaliya ilə qarşılaşacaq. 3 gün sonra Belçika ilə üz-üzə gələcək Təbriz Həsənovun yetirmələri son matçında Şotlandiyanı sınağa çəkəcək.
Qrup mərhələsinin oyunlarının başlama vaxtı və stadionları yaxın müddətdə dəqiqləşəcək.
Qeyd edək ki, qrup mərhələsinin oyunları Çempionatın oyunları Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Qarabağ Stadium” və 8-ci km qəsəbə stadionunda keçiriləcək. 1/4 final oyunlar isə “Dalğa Arena”və 8-ci km qəsəbə stadionunda baş tutacaq. Həlledici üç oyuna da ölkənin ən böyük arenası ev sahibliyi edəcək.
I tur
5 may
A qrupu
Azərbaycan – Portuqaliya
Belçika – Şotlandiya
B qrupu
Ukrayna – Almaniya
Avstriya – Bosniya və Herseqovina
6 may
C qrupu
Fransa – Danimarka
İngiltərə - İsveç
D qrupu
İtaliya – Serbiya
Hollandiya – İspaniya
II tur
8 may
A qrupu
Azərbaycan – Belçika
Portuqaliya – Şotlandiya
B qrupu
Ukrayna – Avstriya
Almaniya – Bosniya və Herseqovina
9 may
C qrupu
Fransa – İngiltərə
Danimarka - İsveç
D qrupu
İtaliya –Hollandiya
Serbiya – İspaniya
III tur
11 may
A qrupu
Azərbaycan –Şotlandiya
Belçika - Portuqaliya
B qrupu
Ukrayna – Bosniya və Herseqovina
Avstriya - Almaniya
12 may
C qrupu
Fransa – İsveç
İngiltərə - Danimarka
D qrupu
İtaliya – İspaniya
Serbiya - Hollandiya
1/4 final
14 may
1. A1 – B2
2. B1- A2
15 may
3. C1 – D2
4. D1 – C2
1/2 final
18 may
1-ci cütün qalibi – 3-cü cütün qalibi
2-ci cütün qalibi – 3-cü cütün qalibi
Final
21 may