Azərbaycan prezidenti Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir

Azərbaycan prezidenti Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edir
# 16 sentyabr 2016 14:53 (UTC +04:00)

Bakı - APA. Sentyabrın 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası başlayıb.

APA-nın məlumatına görə, MDB-nin yaradılmasının 25 illiyinə təsadüf edən iclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Qırğız Respublikasının prezidenti Almazbek Atambayev Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra A. Atambayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qırğızıstana gələn digər qonaqları qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

MDB Dövlət Başçıları Şurasının iclası məhdud tərkibdə görüşlə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR