Yol qəzasında ailə üzvünü itirən vətəndaşa 5 min manat kompensasiya ödənilib

Yol qəzasında ailə üzvünü itirən vətəndaşa 5 min manat kompensasiya ödənilib
# 01 oktyabr 2015 10:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, Büro tərəfindən 26 sentyabr 2012-ci il tarixində saat 20:15 radələrində Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən Yevlax-Ağdam magistral yolunun 24-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ölməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat, digər vətəndaşın ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar isə 1500 manat məbləğində kompensasiya verilib.

Ödəniş poçt vasitəsi ilə 30 sentyabr 2015-ci il tarixində köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR