Almaniya – Hollandiya matçı terror təhlükəsi səbəbindən təxirə salınıb

Almaniya – Hollandiya matçı terror təhlükəsi səbəbindən təxirə salınıb
# 17 noyabr 2015 20:26 (UTC +04:00)

Bakı-APA. Beynəlxalq yoldaşlıq oyunları çərçivəsində baş tutmalı olan Almaniya – Hollandiya matçı təxirə salınıb. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, buna səbəb qarşılaşmanın baş tutacağı stadiona bomba qoyulması xəbəri olub.

Matçın keçiriləcəyi Hannover şəhərinin polis rəisi Stefan Vays bilidirb ki, onlara anonim bomba xəbəri daxil olub. Buna görə də stadion sürətlə boşaldılıb və azarkeşlər evakuasiya olunub. Matç isə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR