Uşaqlara gülüş doğuran adların qoyulması halları azalıb

Uşaqlara gülüş doğuran adların qoyulması halları azalıb
# 15 dekabr 2015 09:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Son vaxtlar Azərbaycanda yeni doğulan uşaqlara gülüş doğuran adların qoyulması halları azalıb. İnsanlar mənası anlaşılmayan adları uşaqlara qoymurlar”. Bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, son vaxtlar yeni doğulan uşaqlara dil normalarına uyğun adlar verilir: “Səslənməsi, ahəngdarlığı, mənası nəzərə alınaraq adlar uşaqlara qoyulur”.

S. Sadıqova qeyd edib ki, Azərbaycan dilində şəxs adları lüğətinin gələn il çap olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan dilində şəxs adları lüğətinə 5000-ə yaxın ad daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR