Prezident İlham Əliyevlə Yohannes Han arasında görüş olub

Prezident İlham Əliyevlə Yohannes Han arasında görüş olub
# 13 fevral 2016 11:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan prezidenti İlham Əliyevlə Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Yohannes Han arasında görüş olub.

APA-nın məlumatına görə, görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilib. Görüşdə Azərbaycanla Aİ arasında əməkdaşlıq, insan haqları və siyasi vəziyyət ətrafında müzakirələr aparılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR