Naxçıvanda kredit götürənlərin sayı azalıb

Naxçıvanda kredit götürənlərin sayı azalıb
# 23 avqust 2016 08:53 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2016-cı ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 21 mln. 937 min 200 manat məbləğində kreditlər verilib.

APA-Economics” Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2015-ci ilin eyni dövrünə nisbətən 25 mln. 409 min 800 manat və ya 53,67% azdır. Belə ki, 2015-ci ilin yanvar-iyul aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 47 mln. 347 min manata yaxın kreditlər verilib.

Bu ilin avqustun 1-nə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 57423-ə çatıb ki, bunun da 51085-i və ya 89%-i aktiv hesablardır. 2016-cı ilin yanvar-iyul aylarında açılmış 10478 bank hesabının hamısı aktiv hesablar olub. Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 avqust 2016-cı il tarixə 1160-a çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR