Suriyada “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri məhv edilib - YENİLƏNİB

Suriyada “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri məhv edilib   - <span style="color: red;">YENİLƏNİB
# 09 sentyabr 2016 00:19 (UTC +04:00)

Bakı-APA. Naməlum təyyarənin Suriyanın şimal-qərb rayonuna endirdiyi zərbələrin nəticəsində “İstila ordusu” qruplaşmasının yaradıcılarından biri və “Cəbhət ən Nüsrə” (Hazırda adı “Cəbhət Fatah əş Şam”dır) qruplaşmasının lideri məhv edilib.

APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, suriyalı üsyançıların liderlərinin görüşü təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.

“Röyters”in xəbərinə görə, hücum nəticəsində öldürülən “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri Əbu Ömər Saraqebdir.

***** 01.53

Bakı-APA. Naməlum təyyarə Suriyanın şimal-qərb hissəsindəki rayonların birinə zərbələr endirib. APA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, aviazərbə nəticəsində üsyançıların bir neçə lideri öldürülüb.

Məlumata görə, suriyalı üsyançıların liderlərinin görüşü təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.

İnsidentin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR