Tovuzda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb

Tovuzda 3 yaşlı uşaq yanıq xəsarətləri alıb
# 24 mart 2016 08:33 (UTC +04:00)

Tovuz. Azər Məmədli - APA. Tovuzda 3 yaşlı uşaq ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb. APA-nın qərb bürosunun verdiyi məölumata görə, rayonun Aşağı Quşçu kənd sakini 2013-cü il təvəlüldlü Məmmədli İsgəndər Habil oğlu bədənin müxtəlif hissələrinin 2-3 dərəcəli termiki yanığı xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, evdə ehtiyatsızlıq nəticəsində üzərinə qaynar su tökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR