Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb
# 14 mart 2016 09:57 (UTC +04:00)

Bakı-APA. Ankarada törədilən partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib. Nazir qeyd edib ki, 30 nəfər hadisə yerində, 7 nəfər isə çatdırıldığı xəstəxanalarda ölüb.

Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzində törədilən partlayış nəticəsində 37 nəfər ölüb, 120-dən çox şəxs yaralanıb. Hadisəni törədən şəxsin PKK terror təşkilatının üzvü, universitet tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib. O, partlayıcı qurğu yerləşdirilmiş oğurluq avtomobili avtobus dayanacağında partladıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR