İranın Azərbaycandakı səfirliyi Təbriz xəstəxanasında vəfat etmiş 10 aylıq Qorqudun məsələsini diqqətdə saxlayır

İranın Azərbaycandakı səfirliyi Təbriz xəstəxanasında vəfat etmiş 10 aylıq Qorqudun məsələsini diqqətdə saxlayır
# 22 yanvar 2016 08:56 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin Təbrizin “Kudəkan” xəstəxanasında vəfatına görə təəssüfümü bildirirəm”.

Bu sözləri APA-ya açıqlamasında İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi deyib.

O qeyd edib ki, hər il müxtəlif ölkələr, o cümlədən Azərbaycandan minlərlə insan müalicə üçün İrana üz tutur: "Onların əksəriyyəti İranda aldıqları müalicədən razılıq edirlər. Dünyada mövcud olan bütün xəstəxanalar öz xəstələrinin sağalması və şəfa tapmasını istəyir. Hər halda Allahın təqdiri ilə də barışmaq lazımdır”.

Məmmədrza Nəcəfi bildirib ki, görülən tədbirlər nəticəsində 15 min 500 manat borcdan 12 min 300 manatı İranın xeyriyyə cəmiyyəti tərəfindən ödənilib, yalnız 3200 manat borc qalıb: “Biz yenə də məsələni diqqətdə saxlayırıq. Azərbaycan Respublikasının Tehran və Təbriz şəhərlərində yerləşən siyasi nümayəndəlikləri, eləcə də Azərbaycanın humanitar qurumlarının öz vətəndaşına yardım üçün lazım olan addımı atacağını ümid edirik”.

Qeyd edək ki, 10 aylıq uşaq Dadaşzadə Qorqud Rövşən oğlu yanvarın 20-də İran İslam Respublikasının Təbriz şəhərində "Kudakan" xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində ölüb. Həkimlər 3200 manat borcu əsas gətirib, uşağın meyitini ailəsinə verməkdən imtina edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR