Ötən ay SOCAR Supsa limanından xam neft ixracını 56% artırıb

Ötən ay SOCAR Supsa limanından xam neft ixracını 56% artırıb
# 01 iyun 2016 16:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR bu ilin may ayında Supsa limanından 264 748 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin may ayı ilə müqayisədə 56,26% çoxdur.

Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində Supsa limanından 1 mln. 40 min 947 ton xam neft ixrac edilib. Bu, 2015-ci ilin 5 ayı ilə müqayisədə 12,22% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR