Əflatun Amaşov Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb

Əflatun Amaşov Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
# 18 mart 2016 14:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Draqana Filipoviç Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşovla görüşüb.

MŞ-dan APA-ya verilən xəbərə görə, D. Filipoviç qanunvericilikdə, xüsusilə diffamasiya ilə bağlı islahatların gündəmə gətirilməsinin və bu sahədə ictimaiyyətin məlumatlılığının artırılmasının əhəmiyyətini vurğulayıb. Ə. Amaşov istənilən cəmiyyətdə ifadə azadlığının daha da dərinləşməsi baxımından diffamasiyanın prinsipial əhəmiyyət daşıdığını qeyd edib. O, Şuranın diffamasiya ilə bağlı qanun layihəsi hazırladığını və bu istiqamətdə müzakirələr təşkil etdiyini diqqətə çatdırıb.

Avropa Şurasının Bakı ofisi və Mətbuat Şurasının bu məsələ, eləcə də Azərbaycanda media azadlığının müxtəlif aspektləri istiqamətində əməkdaşlıq etməsi barədə qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR