Azərbaycanda sığorta bazarının 83%-dən çoxu könüllü formalaşıb

Azərbaycanda sığorta bazarının 83%-dən çoxu könüllü formalaşıb
# 22 fevral 2016 09:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 83,3%-i və yaxud 63,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur.

İcbarı sığorta növlərində yığım isə 12,7 mln. manat və yaxud bazarın 16,7%-ni təşkil edib. 2015-ci ilin eyni dövrünə nisbətən Azərbaycanın icbari sığorta bazarı 6,1% böyüyüb.

Ay ərzində ümumi ödənişin 76%-i və yaxud 10,2 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş ötən ilin yanvar ayı ilə müqayisədə 34,5% artıb. İcbari sığorta növləri üzrə ödəniş isə 3,2 mln. manat və yaxud ümumi bazarın 24%-ni təşkil edib. Bu da ötən ilin yanvar ayına nisbətən 15,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 16 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 14,8 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 23,1 manatdan 25,2 manata qalxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR