“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı eksponatlar Milli Azərbaycan Tarixi Muzeyinə verilib

“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı eksponatlar Milli Azərbaycan Tarixi Muzeyinə verilib
# 01 mart 2016 14:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Gənclər və İdman Nazirliyi tərəfindən “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı dəyərli eksponatlar AMEA Milli Azərbaycan Tarix Muzeyinə hədiyyə edilib. Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən xəbərə görə, bunlar Azərbaycan Milli komandasının parad kostyumu, idman geyim dəsti, açılış mərasimində istifadə olunmuş məşəl və çıraqdır. Qaliblər üçün hazırlanan medallar - qızıl, gümüş, bürünc, eləcə də gümüş xatirə medalı da Muzeyin eksponatları sırasında xüsusi yer tutacaq.

Eksponatlar Muzeyin “Hədiyyələr və xatirə əşyaları” fondunda qorunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR