Azərbaycan dövlət başçısı UEFA prezidentini qəbul edib

Azərbaycan dövlət başçısı UEFA prezidentini qəbul edib
# 30 sentyabr 2016 08:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, nümayəndə heyətinin Azərbaycana səfər proqramının geniş olduğunu, çoxsaylı tədbirlərin keçiriləcəyini vurğulayan prezident İlham Əliyev qonaqların ölkəmizə səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı A. Çeferini UEFA prezidenti seçilməsi münasibətilə təbrik edib və onun bu posta seçildikdən az sonra Azərbaycana səfər etməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanda futbolun inkişafına böyük əhəmiyyət verildiyini bildirərək, bu məqsədlə ölkəmizdə yeni stadionların tikildiyini, uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlandığını qeyd edib və gənclər və uşaqlar üçün yaradılan şəraitin bir neçə ilə yaxşı nəticələr verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.

UEFA prezidenti A. Çeferin ölkəmizə ilk dəfə səfər etdiyini, səfər proqramının zəngin olduğunu bildirib.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda xatirə şəkli çəkdirilib.

*** 10.51

Bakı - APA. Azərbaycan prezident İlham Əliyev UEFA-nın prezidenti Aleksander Çeferini qəbul edib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR