Aydın Əliyev: "Azərbaycanda istehsal zamanı istifadə olunan xammalın idxal rüsumları azaldıla bilər"

Aydın Əliyev: "Azərbaycanda istehsal zamanı istifadə olunan xammalın idxal rüsumları azaldıla bilər"
# 14 mart 2016 08:22 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Gömrük tariflərinə yenidən baxılması mümkündür".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.


A. Əliyevin sözlərinə görə, tariflərin azaldılması və ya artırılması hökumətin hüququdur: "Biz bununla bağlı təklifimizi vermişik. Təkliflər də ondan ibarətdir ki, biz Azərbaycanda istehsal olunan mallara "yaşıl işıq" yandırmalıyıq. Azərbaycanda istehsal zamanı istifadə olunan xammalın idxal rüsumları azaldıla bilər. Bunlar bizim təklifimizdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR