Bayram günlərində təcili yadım stansiyası gücləndirilmiş rejimdə çalışacaq

Bayram günlərində təcili yadım stansiyası gücləndirilmiş rejimdə çalışacaq
# 14 mart 2016 08:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Novruz bayramı və qeyri-iş günlərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

Baş həkim qeyd edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası Novruz bayramı və qeyri-iş günlərində tam gücü ilə fəaliyyət göstərəcək.

R. Nağıyev əlavə edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR