Abşeron rayonunda qətl hadisəsi baş verib

Abşeron rayonunda qətl hadisəsi baş verib
# 25 dekabr 2015 09:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda qətl hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-də Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Arif Ağayev münaqişə zəminində həmyerlisi Əlibaba Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Ə.Məmmədov hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR