BMT TŞ Suriyaya dair məsləhətləşmələri fevralın 5-də keçirəcək

BMT TŞ Suriyaya dair məsləhətləşmələri fevralın 5-də keçirəcək
# 04 fevral 2016 21:42 (UTC +04:00)

Bakı-APA. BMT Təhlükəsizlik Şurası fevralın 5-də Suriyaya dair məsləhətləşmələri keçirəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Venesuelanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Məlumata görə, görüş məsləhətləşmə formatında keçiriləcək. Qeyd edək ki, Venesuela fevralda BMT TŞ-ə sədrlik edir.

Qeyd edək ki, BMT-nin xüsusi elçisi Staffan de Mistura yanvarın 29-da start götürmüş Suriya danışıqlarının müvəqqəti dayandırıldığını bildirib. Danışıqların yeni raundu fevralın 25-nə planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR