Bir ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

Bir ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
# 15 fevral 2016 11:30 (UTC +04:00)

Ağcabədi. Ziya Əmirxanlı - APA. Ötən at Ağcabədi rayonunda Kür çayında batan şəxsin meyiti aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi rayonunun Yastı yol adlanan ərazisində Kür çayında boğulan Laçın rayonundan olan məcburi köçkün, 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlunun meyiti batdığı yerə yaxın ərazidə aşkarlanıb.

Q. Kərimovun yaxınlarının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Qiyas İdris oğlu Kərimovun bu il yanvarın 19-da Ağcabədi rayon ərazisindən Kür çayını keçərək Zərdab rayonuna çörək almağa getdiyi, geri qayıdarkən mindiyi qayığın suda çevrilməsi nəticəsində boğulduğu xəbəri yayılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR