“Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə vəsait"in təqdimatı olub

“Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə vəsait"in təqdimatı olub
# 01 fevral 2016 07:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Avropa İnsan Haqları Məhkəməsi və Fundamental Hüquqlar üzrə Avropa Agentliyinin birgə hazırladığı "Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə vəsait"in Azərbaycan dilində nəşrinin təqdimatı keçirilib.

APA-nın məlumatına görə, vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT tərəfindən həyata keçirilən "Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi" layihəsi çərçivəsində tərcümə olunub.

Təqdimat mərasimində çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak dünyada bu gün miqrantların sayının 250 milyon qiymətləndirildiyini deyib. Onun sözlərinə görə, miqrasiya prosesləri zamanı son 16 ildə 40 mindən çox adam həlak olub: "Azərbaycan miqrasiya proseslərindən öz payını alır. Azərbaycanın miqrasiya sahəsində islahatların aparılması ilə bağlı siyasi iradə görürük".

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Azərbaycan torpaqlarının 20 faizinin işğalı nəticəsində 1 milyondan çox azərbaycanlının daxili miqrasiyaya məruz qaldığını deyib: "Azərbaycan yenicə müstəqillik əldə etdiyi bir vaxtda belə bir miqrasiyaya məruz qalıb. Avropaya miqrantların axını ilə Azərbaycan keçdiyi prosesi müqayisə etdikdə bunun o zaman necə sivil qaydada həyata keçirildiyini görürük. Təbii ki, bu həm də beynəlxalq təşkilatların köməyi ilə olunub. Azərbaycan 1 milyon qaçqını yerləşdirib, yatacaq, qida ilə təmin edib. Bu gün Avropa İttifaqı bu problemlərin içərisində qalıb. Hər bir üzv ölkə müxtəlif qərar qəbul edir. Miqtantlar da narazı qalır. Bu sahədə Azərbaycanın təcrübəsini öyrənmək lazımdır".

Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri Draqana Filipoviç isə deyib ki, Azərbaycan ötən illərdə ciddi miqrasiya problemi ilə qarşılaşsa da, hökumət bu problemin qarşısını uğurla alıb. O, bu gün Avropanın ciddi miqrasiya problemi ilə üz-üzə qaldığını,

Azərbaycanla Avropa Şurası arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud olduğunu da bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR