Vəhdət Partiyasının qurultayı aprelin 9-da keçiriləcək

Vəhdət Partiyasının qurultayı aprelin 9-da keçiriləcək
# 22 yanvar 2016 13:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Vəhdət Partiyasının Baş Məclisinin növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, Baş Məclis aprelin 9-da Vəhdət Partiyasının növbəti qurultayının keçİrilməsi barədə qərar qəbul edib və Tahir Kərimlinin sədrliyi ilə qurultaya hazırlıq işləri üzrə Təşkilat Komitəsi yaradıb.


Eyni zamanda 2016-cı il üçün partiya büdcəsi və ştat cədvəli təsdiq edilib.


Baş Məclis siyasi şuranın 7 nəfərdən ibarət yeni tərkibini təsdiq edib.

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyası Baş Məclisin qərarları ilə bağlı müsbət rəy verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR