Əlcəzair, Nigeriya, Ekvador və Oman neft hasilatının “dondurulmasını” dəstəkləyib

Əlcəzair, Nigeriya, Ekvador və Oman neft hasilatının “dondurulmasını” dəstəkləyib
# 17 fevral 2016 04:26 (UTC +04:00)

Bakı-APA. Əlcəzair, Nigeriya, Ekvador və Omanın energetika nazirləri neft hasilatının həcminin “dondurulması” təşəbbüsünü dəstəkləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Venesuelanın neft naziri Euloxio del Pino bildirib.

Fevralın 17-də Venesuelanın neft naziri hasilatın dondurulması təklifini İran və İraqın neft nazirləri ilə müzakirə edəcək.

Qeyd edək ki, ötən gün Qətərin paytaxtı Dohada Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuelanın energetika nazirləri, digər istehsalçıların təşəbbüsə qoşulacağı təqdirdə, 2016-cı ildə neft hasilatı həcminin, orta hesabla, yanvar ayı səviyyəsində dondurulmasına dair ilkin razılığa gəliblər.

Bundan əvvəl mətbuatda İraq və Küveytin neft hasilatının hazırkı kvotalarının “dondurulmasını” dəstəkləməyə hazır olduqları bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR