“Azercell” “Hədsiz” tarif planının abunəçiləri üçün sərfəli endirimlər təqdim edir

“Azercell” “Hədsiz” tarif planının abunəçiləri üçün sərfəli endirimlər təqdim edir
# 04 oktyabr 2016 14:14 (UTC +04:00)

Bakı – APA-Economics. “Azercell Telekom” “Hədsiz” tarif paketi çərçivəsində abunəçiləri üçün sərfəli endirimlər təqdim edir.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, 4 oktyabrdan etibarən “Hədsiz” tarif planının abunəçiləri Fransa, Almaniya, Çexiya, Avstriya və İspaniyada rominqdə olarkən 15% edirimdən yararlana biləcəklər. Tətbiq olunan endirim nəticəsində abunəçilər hər zəngin 1 dəqiqəsi üçün 1,30 manat, hər 1 MB mobil internet üçün isə cəmi 3 manat ödəyəcəklər. “Azercell”in bu sərfəli enidirmi rominqdə olarkən edilən zənglər və mobil internetdən istifadə üçün tətbiq edilir.

Xatırladaq ki, “Azercell” 2014-cü ildən etibarən Fakturalı Xətt abunəçiləri üçün “Hədsiz” tarif paketini istifadəyə verib. “Azercell” abunəçilərinə təqdim olunan "Hədsiz" tarif paketinə qoşulmaqla müştərilər aylıq 49,90 manat abunə haqqı müqabilində endirimli xidmətlərdən yararlana bilir.

Bu endirimlərə aşağıdakılar daxildir:

- 3000 dəqiqə şəbəkədaxili zənglər

- 500 dəqiqə şəbəkəxarici zənglər

- 50 dəqiqə beynəlxalq zənglər

- 2000 ölkədaxili və beynəlxalq SMS

- 5 GB həcmində mobil internet

Bu tarifə qoşulmaq üçün fakturalı xətt abunəçilərinin, sadəcə olaraq, 650-yə "Hedsiz" sözünü yazıb göndərməsi kifayət edir.

“Azercell” bundan sonra da abunəçilərini endirimli tarif paketləri, yeni və sərfəli xidmətlərlə sevindirməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR