Bakıda daha bir nəfər özünü dənizə atıb

Bakıda daha bir nəfər özünü dənizə atıb
# 01 sentyabr 2016 15:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir nəfər özünü dənizə atıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədi ilə özünü dənizə atması barədə məlumat daxil olub. Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə olunub və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, bu gün Dənizkənarı Bulvar ərazisində özünü dənizə ataraq intihara cəhd edən bir nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR