Binəqədi məktəbliləri cənub bölgəsinə səfər ediblər

Binəqədi məktəbliləri cənub bölgəsinə səfər ediblər
# 28 noyabr 2016 08:15 (UTC +04:00)

Binəqədi rayonundakı məktəblərdə təhsil alan şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinə səfər ediblər.

Binəqədi Rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, məktəblilər səfər təəssüratlarını bölüşüblər. 179 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Nicat Xankişiyev bildirib ki, belə layihələr məktəblilərin dünya görüşünü və savadını artırmaq baxımından vacibdir: “Bu səfər çərçivəsində ölkəmizdə olan inkişafın təkcə Bakı şəhərində yox, bölgələrdə də olduğunu gördüm”.

246 saylı məktəb-liseyin 9-cu sinif şagirdi Zöhrə Məmmədova deyib ki, Azərbaycanın dilbər guşələri, öz təbii sərvətləri ilə tanınan Lənkəran, Astara, Masallı rayonlarını gəzmək, cənub bölgəsinin tarixi məkanlarında olmaq, relyefini, iqlimini görmək, folklorunu dinləmək hər bir şagird kimi onu da sevindirib.

83 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Zəhra Həsənova təəssüratlarının geniş olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR