Lənkəranda avtomobil aşıb, sürücü yaralanıb

Lənkəranda avtomobil aşıb, sürücü yaralanıb
# 21 iyul 2018 12:58 (UTC +04:00)

Lənkəranda "VAZ 2106" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Velədi kəndi ərazisində qeydə alınan hadisə zamanı sürücü Samir Habil oğlu Məmmədzadə xəsarət alıb.

S. Məmmədzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR