ÇL: II təsnifat mərhələsinin cütləri müəyyənləşib

ÇL: II təsnifat mərhələsinin cütləri müəyyənləşib
# 19 iyul 2018 03:02 (UTC +04:00)

Çempionlar Liqasının II təsnifat mərhələsinin bütün cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin 16 qalibi ilk raunddan azad olan 4 komanda ilə birlikdə 10 cütlük təşkil edib.

Bu mərhələnin ilk görüşləri iyulun 24-25-də baş tutacaq. Cavab qarşılaşmaları isə iyulun 31-də və avqustun 1-də keçiriləcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar yolu

“Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)

“Astana” (Qazaxıstan) - “Midtulland” (Danimarka)

“Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan)

ÇFR (Rumıniya) - “Malmö” (İsveç)

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

“Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva)

BATE (Belarus) - HİK (Finlandiya)

“Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova)

“Legiya” (Polşa) - “Spartak” (Slovakiya)

“Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR