BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsləhətləşmələr aparılacaq

BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı məsləhətləşmələr aparılacaq
# 12 aprel 2018 02:38 (UTC +04:00)

Bu gün BMT Təhlükəsizlik Şurasında Suriya ətrafında gərgin vəziyyətlə əlaqədar məsləhətləşmələr aparılacaq.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəl Şurada nüvə, kimyəvi və bioloji silahların yayılmaması ilə bağlı brifinq keçirəcək.

Daha sonra "Sülh və təhlükəsizliyin qorunması" mövzusunda qapalı məsləhətləşmələr keçiriləcək. BMT-nin siyasi məsələlər üzrə Departamentinin nümayəndəsi məruzə ilə çıxış edəcək.

Qeyd edək ki, ötən gün Boliviya Suriyadakı vəziyyətlə əlaqədar BMT TŞ-da məsləhətləşmələrin keçirilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR