Trampın tibbi müayinəsinin nəticələri açıqlanıb

Trampın tibbi müayinəsinin nəticələri açıqlanıb
# 17 yanvar 2018 07:37 (UTC +04:00)

"Donald Trampın səhhəti mükəmməldir”.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentini müalicə edən həkim Roni Cekson deyib. O bildirib ki, Donald Tramp sağlamlıqla bağlı çox yaxşı göstəricilərə malikdir: “Çox güman ki, bu vəziyyət onun prezidentliyi müddətində dəyişməyəcək. Bu, həmçinin onunla əlaqədardır ki, o, siqaret çəkmir və spirtli içki içmir. Prezident psixi testdən də son dərəcə yaxşı keçib”.

Həkim qeyd edib ki, D. Trampın təzyiqi və ürəyinin fəaliyyəti normal vəziyyətdədir. Həkimin yeganə narahat olduğu məsələ xolesterinin səviyyəsidir. Onun sözlərinə görə, ABŞ prezidentinin çəkisi 108 kiloqramdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR