Bank Of Baku

Azərbaycan bu il Rumıniyadan "Aİ-98" benzininin idxalını 6 dəfədən çox artırıb

Azərbaycan bu il Rumıniyadan "Aİ-98" benzininin idxalını 6 dəfədən çox artırıb
# 11 avqust 2021 17:25 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricdən dəyəri 1,273 mln. ABŞ dolları dəyərində (2,164 mln. manat) 1 563,19 ton "Aİ-98" ("Super") markalı benzin idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, idxal olunan benzinin həcmi 30,9%, dəyəri isə 28,9% artıb. Cari ilin ilk yarısında Azərbaycana "Super" markalı benzininin əsas ixracatçısı Rumıniya olub (idxalın 84,1%-i). Ölkə Azərbaycana 1,076 mln. dollar (1,830 mln. manat) dəyərində 1 325,74 ton "Aİ-98" " benzini ixrac edib. Bu, illik müqayisədə müvafiq 6,6 dəfə və 6,3 dəfə çoxdur.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan 2,097 mln. dollar (3,564 mln. manat) dəyərində 2 654,36 ton "Aİ-98" benzini idxal edib.

Xatırladaq ki, avqustun əvvəlində yanacağın alış qiymətinin artması səbəbindən Azərbaycanda "Aİ-98" ("Super") avtomobil benzininin qiyməti 1,55 manatdan 1,6 manatadək yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR