Pərviz Şahbazov: “Azərbaycan neft bazarında qiymətlərin sabitləşməsində mühüm rol oynayıb”

Pərviz Şahbazov: “Azərbaycan neft bazarında qiymətlərin sabitləşməsində mühüm rol oynayıb”
# 30 may 2018 07:51 (UTC +04:00)

“Azərbaycan OPEC-ə təbii ki, ən erkən müddətdə qoşulub və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək neft bazarında olan proseslərin stabilləşməsində mühüm rol oynayıb”.

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

“Mən inanıram ki, gözlənilən dəyişikliklərə, bazardakı satışlara baxmayaraq, neftə olan tələbatda dəyişikliklər bizim əməkdaşlığı mühüm səviyyəyə çatdırıb. “OPEC+” formatındakı əməkdaşlıq yeni vəziyyətin tənzimlənməsi üçün də əhəmiyyətlidir. Başqa bir mühüm məsələ, bazara təsir edən rəqabətədavamlı mühit, yeni texnologiyalar, enerji hasilatı və istehlakındakı təsirdir. Uzun müddət bu texnologiyaların enerji balansı və bütün neft bazarındakı konfiqurasiya dəyişikliyinə kifayət qədər qüdrəti çatacaq”, - deyə P. Şahbazov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR