AMEA-nın I vitse-prezidentləri seçilib - YENİLƏNİB

AMEA-nın I vitse-prezidentləri seçilib - YENİLƏNİB
# 28 dekabr 2019 13:54 (UTC +04:00)

AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.

APA-nın məlumatına görə, Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb. O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər.

Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü.

***

13:13

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Akademiyada iki I vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

APA-nın məlumatına görə, bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb. Təklif qəbul edilərək həmin şəxslərin namizədliyi təsdiq edilib və gizli səsvermə elan edilib. Səsvermə üçün fasilə elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR