Avrasiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının səbəblərini açıqlayıb

Avrasiya İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının səbəblərini açıqlayıb
# 29 iyun 2015 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin I rübünün nəticələrinə görə, MDB ölkələrində ümumi daxili məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb.

"APA-Economics"in xəbərinə görə, bu barədə Avrasiya İnkişaf Bakının Analitik idarəsinin monitorinqinin nəticələrində yer alan məlumatda qeyd olunub.

Bankın mütəxəssislərin qənaətinə görə, ümumi neqativ trenddən istisna ölkələr Qırğızıstan, Moldova və Azərbaycandır. Bu ölkələrdə iqtisadi artım müxtəlif səbəblərə görə sürətlənib.

Qeyd olunur ki, Azərbaycanda ÜDM artımı neft və qaz hasilatının, həmçinin qeyri-neft sektorunda sabit vəziyyətin mövcudluğunun müsbət dinamikası hesabına sürətlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR