Ukrayanın sabiq baş naziri: “Yenidən hakimiyyətə qayıdacağıq”

Ukrayanın sabiq baş naziri: “Yenidən hakimiyyətə qayıdacağıq”
# 03 avqust 2015 13:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ukraynanın sabiq baş naziri Nikolay Azarov “Ukraynanın xilası Komitəsi”nin yaradıldığını bəyan edib.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, N. Azarov bildirib ki, komitənin yaradılmasında əsas məqsəd Ukraynanın hazırkı hakimiyyətini dəyişməkdir.

Onun sözlərinə görə, Komitə üzvləri Ukrayna prezidenti qismində yekdilliklə Ali Radanın beşinci, altıncı və yeddinci çağırışlarında deputat olmuş Vladimir Oleyniki seçiblər.



“Biz yenidən hakimiyyətə qayıdacağıq və Ukrayna xalqına kömək edəcəyik. Buna şübhəm yoxdur”, - deyə N. Azarov bildirib.


Xatirladaq ki, hazırda N. Azarov ölkə sərhədlərindən kənarda yaşayır. O, 2014-cü ildə Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən dövlət çevrilişindən sonra ölkəni tərk edib. Ukraynada keçmiş məmurlara qarşı cinayət işi qaldırılıb. N. Azarov hakimiyyətin devrilməsindən sonra yenidən ölkəyə qayıtmağa hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR