İstanbulun Dolmabağça Sarayının girişində dayanan polislərə atəş açılıb

İstanbulun Dolmabağça Sarayının girişində dayanan polislərə atəş açılıb
# 19 avqust 2015 15:28 (UTC +04:00)

Bakı - APA. Türkiyədə rəsmi dövlət binalarından biri olan Dolmabağça Sarayının giriş qapısında növbə çəkən polislər silahlı hücuma məruz qalıb.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən olmayıb, bir polis işçisi yüngül yaralanıb.

Türkiyə vaxtı ilə saat 14:40-da 2 silahlı şəxs əvvəlcə polislərə səs bombası atıb, ardınca atəş açıb. Polisin dərhal reaksiya verməsindən sonra təxribatçılar ərazidən qaçıb. Lakin polisin təqibi nəticəsində onlar Almaniya Baş Konsulluğu yaxınlığında saxlanılıblar.

Qeyd edək ki, tarixi Dolmabağça Sarayında Türkiyə baş nazirinin ofisi var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR