Ukraynada erməni sahibkar qətlə yetirilib

Ukraynada erməni sahibkar qətlə yetirilib
# 18 oktyabr 2017 02:05 (UTC +04:00)

Ukraynanın Ujqorod şəhərində erməni sahibkar qətlə yetirilib.

APA-nın “MK”-ya istinadən verdiyi xəbərə görə, “Aparan” MMC-nin 54 yaşlı baş direktoru Andranik Nikoqosyan iş otağında tapançadan açılan atəş nəticəsində ölüb.

Polisin məlumatına görə, atəş açılmazdan əvvəl sahibkar və cinayətkar arasında mübahisə olub. Atəş açan şəxs saxlanılıb.

Cinayətin motivləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR