Moqerini beynəlxalq ictimaiyyəti İranla iqtisadi əlaqələri normallaşdırmağa çağırıb

Moqerini beynəlxalq ictimaiyyəti İranla iqtisadi əlaqələri normallaşdırmağa çağırıb
# 21 may 2018 21:54 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət İranla iqtisadi münasibətlər və ticarəti normallaşdırılmalıdır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa diplomatiyasının rəhbəri Federika Moqerini ABŞ dövlət katibi Mayk Pompeonun bugünkü bəyanatına cavab olaraq bəyan edib.

“İranla iqtisadi münasibətlər və ticarətin normallaşdırılması Hərtərəfli Birgə Fəaliyyət Planının başlıca hissəsidir və beynəlxalq ictimaiyyət tərəfindən yerinə yetirilməlidir”, deyə F.Moqerini qeyd edib.

O əlavə edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik artıq on dəfə İranın bütün öhdəliklərini yerinə yetirdiyini və mandatının həyata keçirilməsi üçün İran tərəfindən tam şəraitin yaradıldığını təsdiqləyib.

“Pompeonun çıxışında izah olunmur, necə ABŞ-ın nüvə razılaşmasından çıxması dünyanın hər hansı bir bölgəsini nüvə silahlarından daha təhlükəsiz edə bilər”, deyə F.Moqerini bildirib.

Bu gün ABŞ dövlət katibi Mayk Pompeo İranla yeni razılaşma imzalanması üçün 12 şərt irəli sürüb və bildirib ki, rəsmi Tehran siyasətini dəyişməsə, ona qarşı tarixin ən ağır sanksiyaları tətbiq ediləcək. Mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə proqramına dair imzalanmış razılaşmadan çıxdığını bəyan edib. Bu razılaşma Tehranın nüvə sahəsində fəaliyyətinin məhdudlaşdırılması qarşılığında BMT Təhlükəsizlik Şurası, o cümlədən ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyaların qaldırılmasını nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR