Gələn il 250 icma əsaslı məktəbəqədər təhsil qrupu yaradılacaq

Gələn il 250 icma əsaslı məktəbəqədər təhsil qrupu yaradılacaq
# 25 dekabr 2019 13:16 (UTC +04:00)

Cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi UNICEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR