“Rabitəbank” müştərilərinə 100 dollar qazanmaq imkanı yaradıb - FOTO

“Rabitəbank” müştərilərinə 100 dollar qazanmaq imkanı yaradıb - <span style="color: red;">FOTO
# 03 sentyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Rabitəbank” ASC müştərilərini “Western Union ilə daha Varlı” kampaniyasından faydalanmağa çağırır.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, 1 sentyabr–31 dekabr tarixlərini əhatə edən kampaniya çərçivəsində “Rabitəbank” ASC-nin xidmət şəbəkəsinə daxil olan 2 şöbə və 22 filial ofisində “Western Union” ilə dünyanın istənilən ölkəsinə nağd pul vəsaitini köçürən, habelə qəbul edən bütün müştərilər 100 dollar qazanmaq şansı əldə edəcəklər.

Kampaniya şərtlərinə əsasən əməliyyatların məbləğində və sayında heç bir məhdudiyyət qoyulmur. İstənilən məbləğdə köçürmə edən və pul vəsaiti alan müştərilər Facebook sosial şəbəkəsində aktiv olan “MoneyTransferAzerbaijan” səhifəsində “Tətbiqetmədən istifadə et” düyməsini basmaqla qeydiyyatdan keçməlidir.

Kampaniya çərçivəsində, ümumilikdə, hər biri dəyəri 100 dollar olan 120 mükafat oynanılacaq. Qaliblər püşkatma əsasında 2015-ci ilin 5 oktyabr, 5 noyabr, 5 dekabr və 2016-ci ilin 5 yanvar tarixlərində seçiləcək.

Kampaniya haqqında ətraflı məlumatla bu linkə daxil olmaqla tanış ola bilərsiniz.

“Rabitəbank” ASC tərəfindən keçirilən digər kampaniya və xidmətlərə dair ətraflı məlumatı bankın 133 məlumat mərkəzinə zəng etməklə və ya rəsmi internet ünvanına http://www.rabitabank.com/ daxil olmaqla əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR