"Real" İspaniya Superkubokunun qalibi olub

"Real" İspaniya Superkubokunun qalibi olub
# 13 yanvar 2020 00:43 (UTC +04:00)

İlk dəfə yeni formatda keçirilən İspaniya Superkuboku başa çatıb.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanında təşkil olunan turnirin finalında Madrid təmsilçiləri üz-üzə gəliblər.

“Real”la “Atletiko” arasında paytaxt derbisinin əsas və əlavə vaxtı qalibi müəyyənləşdirməyib. Superkubokun sahibi penaltilər seriyasında bəlli olub. Daha dəqiq olan “Real” kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, yarımfinalda “Real” “Valensiya”ya 3:1, “Atletiko” “Barselona”ya 3:2 hesabı ilə qalib gəlib.

İspaniya Superkuboku
Final
12 yanvar
“Real” – “Atletiko” – 0:0, pen.4:1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR