Ucar sakini bu il Azərbaycanda ilk körpəni dünyaya gətirib

Ucar sakini bu il Azərbaycanda  ilk körpəni dünyaya gətirib
# 01 yanvar 2020 12:35 (UTC +04:00)

2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli doğum evində qeydə alınıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib.

Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR