Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib

Vergilər Nazirliyi dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edib
# 27 dekabr 2019 15:27 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə proqnozdan 415 mln. manat artıq vəsait daxil edilib.

"APA-Economics"in məlumatına görə, bu barədə Vergilər Nazirinin müavini Sahib Ələkbərov bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, bu il 103 mindən çox vergi ödəyicisi qeydiyyata alınıb. Ümumilikdə, vergi ödəyicilərinin sayı 1,055 mln. nəfər təşkil edib.

Onun sözlərinə görə, son 4 ayda kənd təsərrüfatı sahəsində uçota alınma ilə bağlı xeyli irəliləyiş olub: "Bu müddətdə 75 minə yaxın vergi uçotunun qeydiyyata alınması öz həllini tapıb. Bu da nəticə etibarilə vergi daxilolmalarının artmasına öz təsirini göstərəcək".

S. Ələkbərov qeyd edib ki, bu ilin ilk on bir ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 518 mln. manat çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR