Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub

Dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatlar təqdim olunub
# 14 oktyabr 2016 09:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyində dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib. APA-nın xəbərinə görə, tədbirdən öncə iştirakçılar Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son illər ölkədə məktəblərin 70%-də əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib: “Sizin, bizim əsas vəzifəmiz yalnız bilikli məzun yetişdirməklə kifayətlənə bilməz. Təhsilimizdə mili-mənəvi dəyərlərə əsaslanaraq düşünən, ölkənin siyasətini anlayan, cəmiyyətin və dövlətin qarşısında dura bilən, fəal mövqeyi ilə seçilən vətəndaşın yetişdirməliyik. Əgər biz ötən illərə nəzər salsaq, bu gün fəxr hissi ilə deyə bilərik ki, Azərbaycanda layiqli gənc nəsil yetişib və onlar ölkənin müxtəlif sahələrində, ölkənin maraqlarının qorunmasında rol oynayır. Ona görə də Azərbaycan müəlliminə təşəkkür edirəm”.

Son illər ölkədə müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada aparıldığını diqqətə çatdıran M.Cabbarov müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin yüksək biliyə sahib olması, habelə pedaqoji təhsilə bilikli gənclərin cəlb edilməsi ilə bağlı tətbiq olunan mexanizmlər barədə danışıb. Nazir qeyd edib ki, son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində müəllim peşəsini seçən yüksək ballı məzunların sayı xeyli artıb.

Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR